“Antimilli ünsürlər sifariş yerinə yetirirlər” – ÖZÜNİFŞA! 

“Amerikada erməni lobbisinə xidmət etmək üçün dəridən qabıqdan çıxmağa ehtiyac yoxdur”

“Onlar sizin kimiləri istifadə edib atırlar”

“Saxta vətənpərvərliyinizi, Azərbaycana olan nifrətinizi xalq yaxşı bilir” 



"Cəbhə xəttində gərginlik gedən gündən orduya, hakimiyyətə, xalqa xaincəsinə hücum edən, erməni dəyirmanına su tökən Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Əli Kərimli və digərləri indi də xaricdə səfirliklərimizi, bayrağımızı, milli qürurunu müdafiə edən, Qarabağ deyib orduya və dövlətə dəstəyini bildirən azərbaycanlılara xaincəsinə hücum edirlər".

Bu sözləri "Sherg.az"a siyasi şərhçi Ehtiram Mehdiyev deyib. 

Sözügedən şəxslərin bütün dövrlərdə Azərbaycana ermənilərdən daha çox düşmən mövqesi sərgilədiklərini vurğulayan E. Mehtiyev bildirib ki, əgər onlar vətənpərvərdilərsə, taleyüklü məsələlərdə şəxsi ambisiyalarını kənara qoyub ölkə üçün birlik göstərərdilər:

"Niyə etirazlara qoşulmadılar? Hardaydılar? Yoxsa erməni havadarları icazə vermədilər? Bəli, onlar Ermənistanın və digər maraqlı tərəflərin xüsusi xidmət orqanlarının sifarişi ilə konkret missiya həyata keçiriblər...

Azərbaycanlılara vətənşüvən, xuliqan, bandit deyən Osmanqızı qeyd edir ki, xaricdə qarşıdurmanı Azərbaycan tərəfi başlatdı. Amerikada mövqeyini möhkəmləndirmək, erməni lobbisinə xidmət etmək üçün dəridən qabıqdan çıxmağa ehtiyac yoxdur.

Onlar sizin kimiləri istifadə edib atırlar. Saxta vətənpərvərliyinizi, Azərbaycana olan nifrətinizi xalq yaxşı bilir. 

Sapı özümüzdən olan baltalar əllərinə düşən hər fürsətdə klaviatura arxasında dövlətə qarşı ikinci cəbhə olurlar. Hesab edirəm ki, bu təhlükəni aradan qaldırmaq üçün bu cür saxtakarları ifşa etməliyik. Hər bir azərbaycanlını onların sosial şəbəkə hesablarını şikayət etməyə çağırıram".