“Düşmən dəyirmanına su tökənlər”dən  NÖVBƏTİ BLEF - Milli davamıza xəyanət !    

“Xaricdə yaşayan bəzi fəal fərdlər milli mübarizəmizdə ermənilərin lehinə olan addımlar atırlar”

“Başda Əli Kərimli olmaqla bir qrup radikal xalqımızın nümayiş etdirdiyi milli birlikdən narahatlıq hissi keçirir”

“Onun qətiyyətinə mübarizə əzminə kölgə salamğa çalışırlar"  




Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda azərbaycanlı jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib.

Bayrağının və şəhidinin qürurunu qoruyan azərbaycanlıları bandit, xuliqan, vətənşüvən adlandıran  Sevinc Osmanqızının son çıxışı ölkə ictimaiyyətini hiddətləndirib. 
Azərbaycanı "sivil" qarşıdurmanı pozmaqda ittiham edən üzdəniraq həmyerlimiz hansısa maraqlardan irəli gələrək Azərbaycanı nüfuzdan salmağa çalışır. 
S. Osmanqızı bununla da özü barəsində tam, dolğun, əslində əvvəllər də mövcud olan xoşagəlməz imic haqqında aydın təsəvvür formalaşdırdı.

Azərbaycanın  bütün milli resurslarını o cümlədən diplomatik və informasiya resurslarını səfərbər edərək müxtəlif platformalarda erməni təxribatlarına cavab verdiyini vurğulayan millət vəkili Hikmət Babaoğlunun "Sherg.az"a açıqlamasına görə,  soydaşlarımızı əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına qarşı "sivil" mübarizə aparmağa çağıran Sevinc Osmanqızı sözün həqiqi və məcazi mənasında düşmən dəyirmanına su töküb:

“Ön cəbhədə olduğu kimi informasiya cəbhəsində də qətiyyətli və tutarlı addımların atılması düşmənə verilən olduqca mühüm cavab kimi qiymətləndirilməlidir.

Bu prosesdə xalqımız öz milli birliyini və həmrəyliyini nümayiş etdirərək dünyanın bir çox ölkələrində dinc nümayişlər keçirməklə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, beynəlxalq hüquqla tanınan haqqını tələb edir . Ərazi bütövlüyümüzün bərpa olunmasını istəyir. Bu haqq milli haqqımız, bu dava milli davamızıdır.

Təəssüf ki , içərimizdə olan “5-ci kolon” nümayəndələri və xaricdə yaşayan bəzi fəal fərdlər milli mübarizəmizdə ermənilərin lehinə olan addımlar atır, bəyanatlar verirlər.  Başda Əli Kərimli olmaqla bir qrup radikallar xalqımızın nümayiş etdirdiyi milli birlikdən narahatlıq hissi keçirir, onun qətiyyətinə mübarizə əzminə kölgə salamğa çalışırlar".  

H.Babaoğlunun sözlərinə görə, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İskəndərli və digərləri azərbaycanlıların keçirdikləri dinc nümayişləri ermənilərin prizmasından qiymətləndirərək   gərəksiz və lüzumsuz addım kimi qiymətləndirilər: 

"Belə yanaşma əslində xalqımızın milli davasına xəyanətdir.  Məsələnin digər tərəfi isə ondan ibarətdir ki,  müxtəlif internet resurslarında fəal olan bu şəxslər sanki eyni mərkəzədən direktiv almış kimi sinxron hərəkət edir, xalqımızın milli davasını və milli maraqlarını hədəfə alırlar.

Son günlər həmin şəxslərin mətbu fəaliyyətlərinin məhz dinc nümayişçilərimizin fəaliyyətinin tənqidinə, onun gözdən salınmasına fokuslanması bir daha onların azərbaycanafob mərkəzlərlə sinxron hərəkət etmələrini ortaya qoyur. 

Milli mübarizəmizdə kimin nə vaxt ona xəyanət etdiyini yaxşı yadında saxlayır və və lazımi şəkildə cəzalandırmağı bacarır.  Bu gün bu cəza ictimai qınaqdırsa , sabah seçki qutularının başında ona xəyanət edənlərin boykot olunmasıdır.

Ona görə də hər kəs əmin olsun ki , xalqımızın nümayiş etdirdiyi bu milli birlik və həmrəylik qələbəmizi və ərazi bütövlüyümüzü təmin edəcək,  ona mane olanlar isə yenə də siyasi sitemimizin autsayderləri olaraq qalacaqlar ".