Erməni siyasətçilər seçki yox, şou göstərirlər


Cəmiyyət bir gün Koçaryanın da yalan vədlərinin hesabını sorğulayacaq

“Erməni siyasətçiləri mənəvi dəyərlərdən tamamilə məhrum olublar. Hakimiyyət ehtirası bu adamların gözünü tutduğu üçün zavallı erməni xalqının hissləri ilə oynamaqdan çəkinmirlər”.

Bu sözləri “Şərq”ə açıqlamasında “Yenisabah.az” saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. Baş redaktor bildirib ki, erməni xalqı bu cür naşı adamların rəhbərliyi altında hələ çox əziyyət çəkəcək:

“Qarabağ məsələsinin Ermənistanın daxili siyasətinin predmetinə çevrilməsi bu ölkədə “yalan maşını”nın sürətini bir qədər də artırıb. İstər iqtidar, istər müxalifyönlü namizədlər reallığa uyğun gəlməyən, Ermənistanın potensialı ilə daban-dabana zidd olan açıqlamalar verməkdə davam edirlər. Ermənistanda yalan üzərində qurulmuş seçki kampaniyası aparılır. Hamı yalan danışmaqla məşğuldur. Siyasətçilər həmişə bədbəxt erməni xalqını aldadıblar. Bu dəfə isə sözün həqiqi mənasında ələ salırlar”. 

S.Verdizadənin fikrincə, eks-prezident Robert Koçaryanın sərsəmliklərinə nəinki seçicilər, heç özü də inanmır:

“Koçaryanı qatı korrupsioner kimi xarakterizə edən jurnalistin sözlərinə görə, bu adamın seçkinin əsas “favorit”lərindən biri sayılması erməni xalqının faciəsidir. Yalan vədlər verdiyi üçün ermənilər, Hadrut və Şuşayla bağlı başından böyük danışdığına görə də biz ondan hesab soracağıq. Görünür, Koçaryan babası Andronikin aqibətindən dərs çıxartmayıb. Onun da qulağını kəsmək lazımdır ki, xələflərinə dərs olsun. Erməni siyasətçiləri seçki yox, şou göstərirlər. Çörək istəyən xalqın başını qatmaq üçün tamaşa ən çox kara gələn vasitədir”.