Köçaryanla koalisiya barədə razılaşmalar seçkilərin nəticələri elan olunmamışdan qabaq məlumdur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu növbədənkənar parlament seçkilərində səsvermə hüququndan istifadə etdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan bildirib.
"Hakimiyyətin Paşinyana təhvil verilməsini Koçaryan bağışlayıb, bəs siz?" sualına cavabında isə o, deyib ki, onu ancaq Allah bağışlaya bilər, başqa heç kim.
Seçki prosesi haqqında danışan Sarqsyan hökumət tərəfindən ciddi təzyiqlərlə üzləşdiklərini bildirib. Seçki prosesini diqqətlə izlədiklərini vurğulayan eks-prezident aralıq müddətdə proses barədə əlavə açıqlamalar veriləcəyini deyib.
Səsvermə barədə danışarkən o, təhlükəsiz, suveren, iqtisadi cəhətdən inkişaf etmiş Ermənistan üçün güclü ordu və sərhədlərin toxunulmazlığının lehinə seçim etdiyini qeyd edib.