Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermələr başa çatıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edilir ki, saat 20:00-da ölkənin 2 008 seçki məntəqəsinin hamısı bağlanıb.
Bildirilir ki, gün ərzində səsvermə zamanı çoxlu sayda qanun pozuntusu qeydə alınıb.
Ermənistan Mərkəzi Seçki Komissiyası bir gün sonra səsvermənin ilkin nəticələrini, yaxın bir həftə ərzində isə son nəticələrini açıqlamalıdır.