Ermənistanın seçki məcəlləsi növbədənkənar parlament seçkilərində 50 faizdən yuxarı səs toplamış Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasına təkbaşına hökumət formalaşdırmağa imkan yaradır.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Ermənistan konstitusiyasına görə, seçki məcəlləsi, seçkilərdən sonra parlamentdə sabit bir parlament çoxluğunun - qanunverici orqanda yerlərin 54 faizini formalaşdırmağa zəmanət verir.
Belə ki, Ermənistanın seçki qanunvericiliyi çoxluğu təmin edəcək mexanizmlər təqdim edir.
Əgər partiyalardan biri ümumi mandat sayından çoxluğu əldə edib, lakin 54 faizlik həddə çata bilməyibsə, bu zaman həmin partiya əlavə mandat sayı qazanır. Nəticədə, partiyanın mandatlarının sayı faiz nisbəti ilə 54 faizdən az olmalıdır.
Qeyd edək ki, Ermənistanda MSK-nın son məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92 % (687 251 seçici), keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04 % (268 165 seçici) səs topladığı təsdiqlənib.
“Mənim şərəfim var” bloku 5,23 % (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 % (50 416 seçici) seçicinin dəstəyini qazanıb.