“Təklif edirəm ki, Şərqi Zəngəzur rayonuna aid edilən, demarkasiya nəticəsində müəyyən edilmiş sərhəd bölgəsinə Basarkeçər bölgəsi yaradılsın”.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:
“Həmin ərazi Ermənistanın Vardenis rayonu ilə bitişikdir. Beləliklə, Basarkeçər rayonun tarixi adı bərpa edilər. İkinci bir tərəfdən isə bu, Ermənistanın işğalı altında qalan torpaqlarımız barədə məlumatları yeniləyər. Həm də bölgənin Azərbaycan əsilli əhalisinin təfəkkürdə olsa belə, ora köçü təşkil edilər”.