Regionda yeni siyasi-hərbi böhran: Rusiya hədəfdə...

“ƏfqanistandaTalibanın hakimiyyətə gəlməsi Moskvanı yeni müharibəyə sövq edəcək”

“Nəticədə Cənubi Qafqazda Rusiyanın mövqeləri zəifləyəcək”

“Türkiyə, ABŞ və İngiltərə Talibanı Rusiya üçün “başağırısna” çevirəcək”

“Baş verənlər Azərbaycanın milli maraqlarına cavab verir” 


“Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli komissiyasanın işi Ermənistan üçün vaxt qazandırır”.
 Bu sözləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı: 

“Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin üçtərəfli birgə komisiyanın işinin bərpası heç də kommunikasiyaların açılmasına  və sərhədlərin delimitasiyasına gətirib çıxarmayacaq. Bu, Rusiya və Ermənistan tərəfindən növbəti dəfə vaxt qazanmaq və Azərbaycanı bu kimi məsələlərlə manipulyasiya etməkdir. Rusiya Azərbaycanla Ermənistan arasında sülhün və nəqliyyat kommunikasiyalarının bərpasında maraqlı deyil. Məhz 10 noyabr Birgə Bəyannaməsindən  10 ay keçməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmadı. Əksinə, proseslər mənfiyə doğru getdi. Çünki Rusiya müharibədən dərhal sonra Ermənistan ordusunu yenidən formalaşdırmaqla müasir silahlar verməklə, növbəti  müharibəyə sövq edir. Ona görə də Ermənistan tərəfi Moskvanın bu siyasətini qəbul edərir. 

Baş nazir Nikol Paşinyan sürüşkən bəyanatlar verir, əlavə şərtlər irəli sürür. Ümumiyyətlə, Ermənistan 10 noyabr birgə razılaşmanı tanımır- Azərbaycan ərazisinə Ermənistan ordusnun göndərilməsini həyata keçirir, dövlət sərhəddində təxribatlara əl atır. Ən əsas məsələ isə Qarabağda Ermənistan ordusunun Şuşa yaxınlığındakı Azərbaycan bölmələrinə atəş açmasıdır.

Bu, Rusiya və Ermənistan tərəfindən  Azərbaycana mesajdır ki, heç bir sülh müqaviləsindən söhbət gedə bilməz və Ermənistan indiki situasiyanı davam etdirib, müharibəyə hazırlaşır. Təbii ki, Ermənistanı idarə edən Rusiyadır və Kremlin birbaşa siyasəti ilə İrəvan reavanşist addımlar atır”.

Onun fikrincə, Qarabağda Türkiyənin hərbi bazası yaradıla bilər: 

“Təbii ki, Azərbaycan böyük qələbə qazanıb. Rusiya və Ermənistan isə bunu qəbul etmir. Belə görünür ki,  10 noyabr və 11 yanvar razılaşmalarını yalnız vaxt qazanmaq üçün imzalayıblar. Azərbaycan konkret olaraq Qarabağda və Laçın dəhlizində hərbi əməliyyatlar keçirməli, beləliklə, düşmənin işğal planı və güclənməsinin qarşısını almalıdır.  Qarabağda Türkiyənin hərbi bazası yaradılmalıdır. Rusiyanın Azərbaycana bununla bağlı  söz deməyə heç bir mənəvi və hüquqi haqqı çatmır. Çünki Ermənistanı silahlandıraraq sülhə mane olur. Bu azmış kimi Qarabağa Ermənistan ordusunun yerləşməsini təmin edir. Əgər Rusiya və Ermənistan məlum razılaşmalara getməsə, Türkiyənin hərbi bazası işğaldan azad olunmuş ərazilərdə təsis edilə bilər”.

Politoloqun sözlərinə görə, regional siyasi mənzərə xeyrimizədir:

“Azərbaycan növbəti hərbi əməliyyatlara başlasa, Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarını yerinə yetirməli olacaq. Rusiya da buna məcbur qalacaq.  Regionda dəyişən siyasi-hərbi proseslər fonunda ƏfqanistandaTalibanın hakimiyyətə gəlməsi Moskvanı yeni müharibəyə sövq edəcək. Nəticədə Cənubi Qafqazda Rusiyanın mövqeləri zəifləyəcək. Türkiyə, ABŞ və İngiltərə Talibanı Rusiya üçün “başağırısna” çevirəcək. Regionda yeni bir siyasi-hərbi böhran gözlənilir. Bu böhran şimal qonşumuzu hədəf alacaq. Baş verənlər Azərbaycanın milli maraqlarına cavab verir”.