APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü ilə bağlı Bitlisin Ahlat rayonunda xarici ölkələrin Türkiyədəki səfirləri ilə görüşündə bildirib.
Ərdoğan deyib ki, Dağlıq Qarabağdakı işğalın başa çatması ilə birlikdə regionda daimi sülh üçün yeni bir fürsət pəncərəsi açılıb: "Bu fürsətləri Ermənistan dəyərləndirəcəyi halda bizim də lazım olan addımı atacağımızı ifadə etmişik".
Qeyd edək ki, Türkiyədə Malazgirt zəfərinin 950 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində iştirak edən xarici ölkə səfirləri arasında Azərbaycanın Türkiyədəki yeni səfiri Rəşad Məmmədov da var.
R.T.Ərdoğan gələn ilin martında Antalyada növbəti Diplomatiya Forumunun keçiriləcəyini bildirib, xarici ölkə səfirlərini və diplomatik nümayəndələri bu forumda görməyi arzu edib.