“ATƏT-in Minsk qrupunun fəaliyyətinin yalnız üç həmsədr-ölkələrin diplomatik addımları ilə məhdudlaşdırılması yolverilməzdir”
“Bu prosesdə Minsk qrupunun bütün üzvlərinin, ilk növbədə də qardaş Türkiyənin iştirakını vacib hesab edirəm”
“ ATƏT-in Minsk qrupunun fəallaşması Azərbaycan üçün ciddi təhdiddir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli deyib.
O bildirib ki, bütün fəaliyyəti boyu ATƏT-in Minsk qrupu ermənipərəst mövqe sərgiləyib:
“Hazırki vəziyyətdə onun regiondakı proseslərə müdaxilə etməsi Azəraycana heç bir müsbət addım vəd etmir. Beynəlxalq aktorların Cənubi Qafqaz regionundakı iştirakını balanslaşdırmaq və Rusiyanın təsirini neytrallaşdırmaq baxımından Avropa İttifaqqının və ABŞ-ın fəallaşmasını müsbət dəyərləndirirəm. ATƏT-in Minsk qrupunun fəaliyyətinin yalnız üç həmsədr-ölkələrin diplomatik addımları ilə məhdudlaşdırılması yolverilməzdir. Bu prosesdə Minsk qrupunun bütün üzvlərinin, ilk növbədə də qardaş Türkiyənin iştirakını vacib hesab edirəm. Rusiya məlum Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmir, davamlı olaraq Azərbaycana problemlər yaradır”.
Professor onu da əlavə edib ki, son günlər Ermənistanda Qarabağ separatçılarının hərbi birləşmələrinin buraxılması mövzusu geniş müzakirə obyekti olub:
“Əgər baş separatçı Araik hərbi birləşmələrini buraxmırsa, Azərbaycan hökuməti onu buna məcbur etməli və erməni terror qruplaşmaları tərksilah edilməlidir. Məcburi köçkünlərimizin doğma yurdlarına qayıtması prosesində lazımi infrastruktur və sosial məsələlərlə yanaşı terror qruplaşmaları problemi vaxtında həll edilməlidir. Bu prosesdə hökumətin bütün qurumlarının iştirakı vacibdir”.