“Təxribatların hamısı Ermənistanın əleyhinə işləyir” - ŞƏRH

“Rusiya sülhməramlılarının mühasirəyə alınan hərbçiləri yenə də xilas etməsi artıq Ermənistan cəmiyyətində iki istiqamətdə dəyərləndiriləcək”

“Birinci yanaşmadan dünən Rusiyanın əleyhinə etiraz aksiyası keçirənlərə cavab olaraq erməniləri yenə Rusiya xilas edib”

“İkinci yanaşmaAzərbaycanın “Dəmir yumruğu” hər zaman Ermənistanın başı üzərindədir.İstənilən təxribata qarşı adekvat, həm də sərt tədbirlər həyta keçiriləcək”
“Düşünürəm ki, bu təxribatlarla düşmən tərəf heç nə qazanmadı, əksinə, cəmiyyətdə mövcud olan çatlar bir az da dərinləşdi” 


Dünən düşmən Ermənistan-Azərbaycan dövlət sərhəddinin Laçın rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd göstərib. 
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 9-u günorta saatlarında Ermənistan Silahlı  Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edib:
“Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə edib. Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə səy göstəriblər. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ordusu 60-a yaxın erməni hərbçisini mühasirəyə alıb. Erməni hərbçilərinin bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb. Bildiririk ki, Ermənistan tərəfinin növbəti hərbi təxribatı iflasa uğrayıb”. 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edib ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq:

“Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq. Gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək.Azərbaycan Ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Düşmən təxribatlarını “Sherg.az”a dəyərləndirən politoloq Elçin Mirzəbəyli bildirib ki, burada bir neçə istiqamət var:

“Şuşadakı atəşfəşanlıq separatçıları və onların ənənəvi, klassik himayədarlarını narahat edir. Ermənistan cəmiyyətində yaranan təşviş bu hadisələrdən sonra daha da artmaqdadır. Əslində reallıqları başa düşürlər, bəzi durumları çox təbii formada qəbul edə bilirdilər. Azərbaycan torpaqlarının işğalı prosesində ermənilərin təkcə törətdikləri hərbi cinayətlər deyil, eyni zamanda heç kəs Azərbaycan xalqının qürurunun aşağılanmasına yönəlmiş hərəkətləri unutmur. Ermənistanın da siyasi hakimiyyəti və hərbi komandanlığı ola bilsin ki, düşmən cəmiyyətindəki hakimiyyətə qarşı yönəlmiş müəyyən aqressiyanı aradan qaldırmaq üçün belə addımlar atıb. Digər mesaj isə Azərbaycanın ictimai rəyinə yönəlib. Çünki Zəfər coşqusu cəmiyyətimizdəki həmrəyliyi daha da gücləndirir. Həmçinin bu, işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması, bərpası üçün, eyni zamanda cəmiyyətimizin vahid bir nöqtədən çıxış etməsi üçün stimuldur. İkinci aspektdən də bu təxribatın təməlində bu kimi sadalanan amillər dayana bilər. Amma nəticə etibarilə təxribatların hamısı Ermənistanın əleyhinə işləyir”. 

Ekspertin qənaətincə, bu, hər halda Rusiya sülhməramlılarının mühasirəyə alınan hərbçiləri yenə də xilas etməsi artıq Ermənistan cəmiyyətində iki istiqamətdə dəyərləndiriləcək:

“Birinci yanaşmadan dünən Rusiyanın əleyhinə etiraz aksiyası keçirənlərə cavab olaraq erməniləri yenə Rusiya xilas edib. İkinci yanaşmaAzərbaycanın “Dəmir yumruğu” hər zaman Ermənistanın başı üzərindədir. İstənilən təxribata qarşı adekvat, həm də sərt tədbirlər həyta keçiriləcək. Düşünürəm ki, bu təxribatlarla düşmən tərəf heç nə qazanmadı, əksinə, cəmiyyətdə mövcud olan çatlar bir az da dərinləşdi”.