"İran qəliz siyasi səhnəyə malikdir".
Bunu "Sherg.az"a açıqlamasında İranda tüğyan edən aksiyaları dəyərləndirən Ağ Partiya sədri Tural Abbaslı deyib.
O, bildirib ki, baş verəcəkləri proqnozlaşdırmaq çətin məsələdir:
"İranda həmişə müxtəlif mövzular ətrafında etiraz aksiyaları keçirilir. Lakin rejim etirazları sakitləşdirməyi bacarır.
Bu dəfə bir az uzun çəkdi.
Rejimin getməsi ilə nəticələnəcəyini düşünmürəm. Amma rejimi zəiflədə biləcək aksiyadır. Qeyri-adi dəyişikliyin baş verəcəyini zənn etmirəm".
Qeyd edək ki, Cənubi Azərbaycanın müxtəlif şəhərlərində yerli sakinlər günahsız şagird Əsra Pənahinin hökumət qüvvələri tərəfindən öldürülməsinə etiraz aksiyalarını davam etdirirlər.