“"Siyasi partiyalar haqqında" yeni qanuna dəyişiklik edilməlidir”

" Milli əclisdə keçirilən iclasda "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini hazırlayan parlamentin üç komitəsinin rəhbərliyi və üzvləri iştirak edirdi".

Bunu "Sherg.az"a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı söyləyib.

T.Abbaslı bildirib ki,  hər partiya yeni qanun layihəsi barədə fikirlərini səsləndirdi:
“Qanun layihəsinin belə formada təsdiqlənməsini qəbuledilməz hesab etdik. 

Dəstəyəkləyənlər də, dəstəkləməyənlər də var idi.  Ağ Partiya "Siyasi partiyalar haqqında" yeni qanunun indiki formada təsdiqlənməsini uyğun saymır.

 Mütləq dəyişiklik gərəkdir. Qanun layihəsi Azərbaycanın siyasi reallığı nəzərə alınaraq təqdim olunmalıdır".


Qeyd edək ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi baş tutub. Yeni qanun layihəsi Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyənləşdirir.