Vaşinqton planı! -  “Azərbaycanın suvenerliyinin təmin olunması...”

Ermənistan və Azərbaycan arasında davam edən çoxillik Qarabağ məsələsini bəzən yaxından izləyən, bəzən də vasitəçilik edən ölkələrdən biri də Rusiyadır.

"Can üstündə" olan Rusiya, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində canfəşanlıq göstərir. Uzun müddətdir ki, Rusiya tərəflər arasında sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini bildirir.
Bu dəfə isə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı  Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli görüş barədə verilən sualı şərh edərkən həmin məsələyə toxunub:

“Görüşlərin ən yüksək səviyyədə təşkili məsələsini Rusiya tərəfindən Prezident Aparatı cavablandırır”-, deyib.

Rəsmi Moskvanın mövqeyini "Sherg.az"a dəyərlənirən analitik Turab Rzayevin qənaətincə, Rusiya bölgədə sülhün yaradılmasında maraqlı deyil:

"Azərbaycan sülhün tərəfdarıdır. İl sonu, növbəti ilin əvvəlinə kimi  sülh prosesini yekunlaşdırmağı hədəfləyir. Eyni fikri Ermənistan haqqında da söyləyə bilərik. 

Çünki baş nazir Nikol Paşinyan dəfələrlə  vurğulayıb ki, il sonuna qədər sülh müvaqiləsinin imzalanması mümkündür. 

Digər tərəfdən Qərbin dəstəyi açıq - aydın görünür. Avropa İttifaqı sülh prosesini dəstəkləyir. Rəsmi Vaşinqtonun dövlət katibi Entoni Blinken  də Avropanın sülh yaratmaq missiyasını dəstəklədiyini diqqət çatdırır. 

Rusiya Azərbaycanla Ermənistanın ondan kənar sülh müqaviləsi imzalaya biləcəyini anlayır və maksimum mane olmağa çalışır.

 Rusiya başqa dövlətlərin vasitəçilik etməsini istəmir. Sülh barədə tez-tez açıqlamalar verir. Lakin heç bir əhəmiyyətli addım atılmayıb. "Vaşinqton planı"  Azərbaycanın suvenerliyinin təmin olunması yönündədir. 

Tutalım, Putin Qarabağ üzərindən Azərbaycanın suvenerliyini hansısa şəkildə qəbulunun əleyhinədir. Onda  Qarabağı müstəqil, yoxsa yeni "Donetsk və Luqansk" vilayəti  kimi görmək istəyir?

Nə vaxtsa, sülh imzalanarsa, Rusiya şərtləri özü diqtə etməyə səy göstərəcək. Nəticə etibarilə Kreml Azərbaycanın Qarabağ üzərində suvenerliyinin təmininin tərəfdarı deyil".