“Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmalıdır” - Türkiyə "qapıları" bağlayır?! 


“Əks təqdirdə Türkiyə ilə Ermənistan əlaqələrinin inkişafı imkansızdır"


"Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları sadəcə propaqanda xarakteri daşıyır".
Bunu "Sherg.az"a açıqlamasında Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.
Onun sözlərinə görə rəsmi Ankara dəfələrlə bəyan edib ki, Azərbaycanla məsələ həll olunmadığı müddətcə Türkiyə və Ermənistan münasibətlərinin düzəlmə ehtimalı aşağıdır:

“Nə qədər razılıq bəyanatları  səsləndirsələr də, ilk növbədə Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Əks təqdirdə Türkiyə ilə Ermənistan əlaqələrinin inkişafı imkansızdır".

Qeyd edək ki, Paşinyan hökuməti Ermənistanın Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gələ bildiyini söyləyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqları və iki ölkənin xüsusi nümayəndələrinin təmaslarını xatırladıb: “Baş verənlər mühüm dəyişiklikdir”. 

N.Paşinyanın sözlərinə görə, artıq nəinki hakimiyyət, hətta cəmiyyət səviyyəsində Türkiyə ilə əlaqələr barədə dilemma yoxdur.