Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşü barədə bəyanat yayıb.
N.Paşinyan bildirib ki, Soçidə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş regionda sülhün bərqərar olması istiqamətində irəliləyişə səbəb olub:
"Rusiya Dağlıq Qarabağın statusu məsələsini gələcəyə buraxmağı təklif edib və Ermənistan bu yanaşma ilə razılaşır".
Paşinyan hökumətinin bəyanatına münasibət bildirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Soçi görüşü sülh yaratma prosesinin irəliləməsi istiqamətində konkret təşəbbüs irəli sürülmədi:
" Üçtərəfli görüş formal bəyanatla müzakirə yekunlaşdı. Putinlə Paşinyan sonda qəbul edilən bəyanata müəyyən fikirlərini sırımaq istəsələr də, Azərbaycan Prezidentinin qətiyyəti, yüksək siyasi idarəsi nəticəsində mümkün olmadı. Görüş fiasko ilə başa çatdı.
Sülh müqaviləsi ilin sonuna kimi imzalana bilər. Lakin əminliklə söyləmək çətindir".