Nurullayevdən Qədirliyə:“...O hansı cəsarətlə Milli Məclisdə oturub?”



"Milli Məclisin İntizam Komissiyasına Erkin Qədirli ilə bağlı müraciət daxil olarsa, baxıb qərar qəbul edəcəyik".
Bunu "Report"a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.
O, Erkin Qədirlinin yanvarın 25-də verdiyi qalmaqallı açıqlamasının kifayət qədər hiddət doğurduğunu bildirib.
eyd edək ki, ötən gün E.Qədirli "Bizdə demokratik seçki yoxdur" deyə açıqlama verib.
Erkin Qədirlinin Parlament və deputatlarla bağlı belə fikir səsləndirməsini qınadığını deyən millət vəkili Razi Nurullayev "Sherg.az"a bildirib ki, bu çox təəsüfedici  haldır:
"O həm seçildiyi partiyanı, həm də özünü təmsil edir. Əgər parlamenti qəbul etmir və seçkilərə inanmırsa bəs hansı cəsarətlə Milli Məclisdə oturub? Bir insan doğru yolla seçilmədiyini bilirsə, gərək mandatından imtina etsin. Ümumiyyətlə, hər bir deputat öz dairəsi haqqında danışa bilər. O regionlarda baş verən seçkiləri və deputatların hansı yolla parlamentdə oturduqlarını necə deyə bilər?  Bu, çox böyük yanlışlıqdır. Çünki Milli Məclisin və seçkilərin legitimliyi şübhə altına alınır. Digər tərəfdən onun müsahibə verdiyi platforma və bloqer məsələləri şişirtməyə və insanları məzə obyektinə çevirməyə meyillidir. Hətta müsahibə verdiyi yer belə uyğun deyil".

Parlamentari qeyd edib ki, dünyanın hər yerində seçkilərin nəticəsi mübahisə doğurur:

"Ən demokratik ölkələrdə belə insanlar seçkilərdən narazı qalırlar. 

ABŞ da belə Donald Tramp seçkinin saxtalaşdırıldığını iddia etdi. Çünki uduzan insanlar hər zaman prosesin saxta olduğunu fikirləşir. Yəni ideal seçki yoxdur. Lakin Azərbaycanın reallığına uyğun olaraq normal və şəffaf seçkilər keçirilir. 

İndi hansısa dairədə seçilməyənlər və ya digər səbəblərdən bundan narazı qalırsa, bu ona icazə vermir bütün deputatları və seçkiləri saxta adlandırsın. Bu hüquq heç kimə verilməyib”.