“Ona görə də bunun İranın daxilində olan və Azərbaycana qarşı çıxan hansısa qüvvə tərəfindən əvvəlcədən planlaşdırılmış terror aktı olduğunu düşünürəm”
Biz İrandan bu hadisənin sonuna qədər araşdırılmasını tələb edəcəyik. Əgər onlar məsələni araşdırmağdan boyun qaçırsa və günahkarları cəzalandırmasa, Azərbaycanın bunu etmək üçün kifayət qədər gücü və vəsaiti var".
"İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı yaydığı bəyanatda qeyd edilib.
Bildirilib ki, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb: “Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.
Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
Hadisəyə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a vurğulayıb ki, heç bir dövlətin öz ərazisində yerləşən səfirliyə vətəndaşı vasitəsi ilə açıq şəkildə hücum edə bilməz:
" Əgər terror aktını törədən başqa bir ölkənin vətəndaşı olsa idi, güzəştə getmək olardı. Amma İrandakı Azərbaycan torpaqlarına hücum edən bu ölkənin vətəndaşıdır. Yəni heç bir maneə olmadan əli silahlı şəxsin səfirliyə hücum etməsinin yalnız bir adı var: terror aktı. Bunu kimlərin və nə üçün həyata keçirtdiyini isə yalnız istintaq göstərəcək.
Biz təxminlər yürüdərək hücumun İranın daxilində olan və iki dövlət arasındakı münasibətləri pozmaq istəyən qüvvələr , SEPAH-ın və ya ermənilərin işi olması ilə bağlı şərh verə bilərik. Amma dəqiq məlumat üçün istintaq olmalıdır. Lakin görünən odur ki, rəsmi Tehranın istintaq aparmaq niyyəti yoxdur. Hətta bu saatlarda Azərbaycandakı İran səfirliyinin qarşısındakı mühafizə tədbirləri, cinayət həyata keçirilən Azərbaycan səfirliyinin qarşısındakından dəfələrlə çoxdur.
Orada yalnız bir polis avtomobili yerləşdirilib. Nə yol bağlanılıb, nə də polis karvanı var. Sanki hadisə İranın vecinə deyil. Bu isə belə bir təəssürat yaradır ki, rəsmi Tehranın məsələni araşdırmaq arzusu yoxdur. Ona görə də bunun İranın daxilində olan və Azərbaycana qarşı çıxan hansısa qüvvə tərəfindən əvvəlcədən planlaşdırılmış terror aktı olduğunu düşünürəm. Biz İrandan bu hadisənin sonuna qədər araşdırılmasını tələb edəcəyik. Əgər onlar məsələni araşdırmağdan boyun qaçırsa və günahkarları cəzalandırmasa, Azərbaycanın bunu etmək üçün kifayət qədər gücü və vəsaiti var".