"Bütün beynəlxalq sazişlərə uyğun olaraq diplomatiyaya zidd fəaliyyət göstərən hər bir şəxs ölkədən xaric edilə bilər".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Asim Mollazadə İranın 4 diplomatının Azərbaycandan qovulmasına münasibət bildirərkən deyib.
Parlamentari İranın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasına münasibət bildirib:
" 4 İran diplomatının fəaliyyəti diplomatik statusa uyğun olmayıb. Buna görə də ölkədən xaric edilirlər. Məsələyə beynəlxalq hüquq normaları çərçivəsində yanaşmaq gərəklidir.
Qeyd etməliyik ki, səfirliyimizə qarşı terror hadisəsindən sonra Azərbaycan öz əməkdaşlarını geri çağırmışdı".
Xatırladaq ki, Azərbaycan tərəfi səfirlikdəki 4 diplomatın 48 saat ərzində ölkədən çıxarılmasını tələb edib.