Sabah Türkiyə ilə Rusiya arasında imzalanan müqavilə çərçivəsində Mersində inşa edilən “Akkuyu” Atom Elektrik Stansiyasının açılış mərasimi keçiriləcək. Stansiyanın açılışını Prezident Rəcəb Tayyib Ərdoğan edəcək.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə elektrik stansiyasına ilk yanacağın ötürüləcəyi açılış mərasimində iştirak edəcəyini açıqlayıb.
Qeyd edək ki, Prezident Ərdoğan keçən ay Putinin mərasim üçün Türkiyəyə gələ və ya onlayn şəkildə iştirak edə biləcəyini söyləmişdi.
Mənbə: Hürriyət qazeti