Bayramovla Mirzoyan görüşəcək! – Nələr müzakirə olunacaq?



Ermənistan və Azərbaycanın xarici işlər nazirləri-Ararat Mirzoyan və Ceyhun Bayramov görüşlə bağlı razılığa gəliblər, son tarixlər dəqiqləşdirilir.
“Sherg.az” xəbər verir ki, bu barədə  Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən yerli KİV-lərə məlumat verilib.
"Əvvəllər bildirdiyimiz kimi, görüşlər barədə təkliflər mövcud idi, indi də razılaşmalar var. Konkret tarixi daha sonra müəyyənləşdirəcəyik”-, deyə mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi  Mariya Zaxarova brifinqdə Ermənistan və Azərbaycan diplomatik nümayəndəliklərinin başçılarının görüşü ilə bağlı razılıq əldə olunduğunu bildirib. 
Mənbə: TASS