"Təəssüflər olsun ki, Ermənistan rəsmiləri üzr istəmək və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinə kömək etmək əvəzinə hələ də qanunsuz hərəkətlərə, o cümlədən məhkəmədən yayınmaq üçün Beynəlxalq Qızıl Xaç Komitəsi yardımından sui-istifadəyə haqq qazandırmağa çalışırlar".
"Sherg.az" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə bildirib.