Mazandaran vilayəti ilə Rusiya arasında hava və dəniz xətti açılır.
Mazandaran əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəhbəri Fərəc Fəthullahpur başçılıq etdiyi iş adamlarından ibarət nümayəndə heyətinin Rusiyaya səfərinin nailiyyətlərini açıqlayarkən deyib: “Mazandaran vilayəti ilə Rusiya Federasiyası arasında hava və dəniz xəttinin yaradılması planlaşdırılır”.
Onun sözlərinə görə, 2022-ci ildə İran İslam Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikasının gömrük orqanları arasında tranzitin sadələşdirilməsinə dair üçtərəfli Anlaşma Memorandumunun imzalandığını nəzərə alaraq, malların daşınmasında ləngimələrin qarşısını almaq üçün üç ölkənin gömrük idarələri gömrük məlumatlarının elektron mübadiləsi üçün Anlaşma Memorandumu imzalamalıdır.
Politoloq İlyas Hüseynov bildirib ki,
İran ilə Rusiya arasında əlaqənin təmin olunması birbaşa Şimal-Cənub nəqliyyat marşrutunun, buradan keçədən yüklərin həcminin daha da artırılmasına xidmət edir: Azərbaycanla İranın soyuq münasibətlərinin səbəbi "Tehrandakı səfirliyimizə qarşı edilən qanlı terror aktıdır. Hadisənin törədilməsi Bakı ilə Tehranın gərginliyinin davam etməsinə təsir edən əsas amildir.
İran tərəfi Xəzər dənizi vasitəsilə, Bakıdan yan keçməklə nəqliyyat marşrutların təmin olunma ehtimallarını eşidirik. Lakin Azərbaycan Rusiya ilə İran arasında bağlayıcı həlqədir, regional siyasi faktordur.
Mazandaran vilayəti ilə Rusiyanın hava və dəniz xəttinin açılması Azərbaycanın tranzit imkanlarına yönəlməyib. Çünki Rusiya da, İran da Azərbaycanın geostrateji əhəmiyyətini yaxşı anlayır.
Azərbaycan dəmiryolu vasitəsilə yüklərin artırılmasına diqqət yetirir. Əlaqələrin daha da inkişaf etməsi prioritetlərimizə daxildir".
Politoloq Zərdüşt Əlizadə isə İranın Mazandaran vilayəti ilə Rusiya arasında hava və dəniz xətti açılmasının tərəflərin siyasi, iqtisadi əlaqələrinin inkişafına hesablandığını vurğulayıb:
"Əvvəl Tehran-Moskva əlaqələri mövcud idi. İndi isə Mazandarandan xətt açırlar.
İran ilə Rusiya özləri bilərlər, bizə nə dəxli var".