“Hraparak” qəzetinin məlumatına görə, Ermənistan hakimiyyəti ölkənin Rusiyadakı səfirinin dəyişdirilməsi məsələsini müzakirə edir.
“Ermənistanla Rusiya arasında münasibətlərin yenilənməsinə ehtiyac var və bunu dərk edən tərəflər müəyyən addımlar atır. Bunlardan birincisi səfirlərin dəyişdirilməsidir. Rusiya Ermənistan səfirindən o qədər narazıdır ki, bu, prioritet məsələ kimi həll olunacaq. Vaqarşak Arutyunyanın dəyişdirilməsi məsələsi uzun müddətdir müzakirə edilirdi, lakin Paşinyanın etimadını qazanacaq və eyni zamanda Rusiya hakimiyyəti üçün məqbul olan namizədin seçilməsi problemi var idi. Bir sıra namizədlər müzakirə olunub. Görünür, erməni tərəfi Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan hazırkı deputatı Qurgen Arsenyanın namizədliyi ilə kifayətlənib. Rusiyanın Ermənistandakı səfiri vəzifəsinə namizəd isə Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurlarından biridir”, - məlumatda deyilib.
Qeyd edək ki, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bu vəzifəyə 2022-ci il yanvarın 5-də təyin edilib. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin 2018-ci il aprelin 6-dan vəzifəsini icra edir.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov “Sherg.az”a açıqlamasında bildirib ki, görünür, indiki səfirin fəaliyyəti Paşinyan hökumətini qane etmir:

“ Ölkə daxilində narazılıqların artması, Ermənistan müxalifətinə və yaxud Rusiyaya bağlı olması, Rusiya XİN-in açıqlamaları səbəblər ola bilər. Yeni səfirin təyin edilməsinin Paşinyanın maraqlarına xidmət edəcəyini düşünmürəm. Ölkələrin səfirləri dövlətlərinin maraqlarına uyğun hərəkət etməlidir. Cüzi “kosmetik” dəyişiklik hiss olunar. Açıqlamalarında aqressivlik nisbətən aradan qalxar, yaxud Ermənistan müxalifəti ilə bir az məsafə saxlayar. Son vaxtlar Ermənistanla Rusiya arasında vəziyyət gərgindir. Lakin tərəflərin münasibətləri Vətən müharibəsindən sonra yeni fazaya keçib. Ermənistan cəmiyyətində, hakimiyyətdə də Rusiyaya qarşı azacıq aqressiya mövcuddur”.