“ "Casusluq niyyəti"ndə ittiham edirlərsə, ispatlamalıdılar. Əgər sübut yoxdursa, Fərid Səfərli azadlığa çıxmalıdır. Çünki əssasız şəkildə onu ittiham edə bilməzlər”.
Bunu Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi, Fransada yaşayan Jalə Təbrizi “Sherg.az”a açıqlamasında deyib.
“İran rejimi hamıya məlumdur. 44 ildir ki, eyni hərəkətləri edir O, səbəbsiz olaraq illərlə həbsdə qala bilər. Amma vəkillərin müdaxiləsi, həmçinin vasitəçilik etmək lazımdır. Media da Fərid haqqında çox danışmalıdır. Onun səsini beynəlxalq səviyyədə çatdırmaq gərəklidir.
Mətbuatınızda Birləşmiş BMT-yə müraciət edəcəyinizi bildirirlər. Ola bilsin ki, Fəridin cəzasını dəyişdirərək danışıqlar aparmaq istəyirlər”.
Qeyd edək ki, Almaniyada yaşayan 26 yaşlı Fərid Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, sonradan onunla əlaqə itib. F. Səfərli İran rejiminin saxta ittihamları ilə saxlanılıb.