44 günlük Vətən Müharibəsi zamanı Azərbaycana qarşı döyüş əməliyyatlarında və digər ağır cinayətlərdə iştirak etməkdə şübhəli bilinən arxiyepiskop Parqev Martirosyan ABŞ-a getməyə və orada ürək transplantasiyası əməliyyatına hazırlaşır.
Bu barədə məlumat " Sherg.az" a erməni mətbuatından məlum olub.
ABŞ- a səfər üçün Parqev "Yaşıl Kart" (Green Card) almalıdır. Sumqayıtda anadan olan Parqevin Qarabağda gedən döyüşlərdə iştirakını təsdiqləyən çox sayda foto materiallar mövcuddur. O, qondarma qurum rəhbərləri tərəfindən orden və medalla təltif olunub.
Aidiyyəti dövlət strukturlarımız tərəfindən Parqev Martirosyanın ABŞ-a buraxılmaması üçün təcili surətdə zəruri tədbirlər görülməli, ilk növbədə onun beynəlxalq axtarışa verilməsi təmin olunmalıdır.
Turan