Saakaşvili erməni məkrinə qarşı  - RƏY

"Mixail Saakaşvilinin 2008-ci il Rusiya təcavüzü zamanı Azərbaycanın Gürcüstana dəstək verməsi barədə bəyanatında təhlükəli heç nə görmürəm".

Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, Rusiyanın Qafqaza və hazırda Ukraynaya hərbi müdaxiləsi bu gün də Azərbaycan tərəfindən pislənir:

"Azərbaycan müharibədən zərər çəkmiş insanlara humanitar yardımı davam etdirir. Yaxın zamanlarda Ukraynadan valideynlərini itirmiş uşaqların reablitasiya üçün ölkəmizə gəlişini təşkil etmişdi. Rusiya-Azərbaycan  münasibətləri bir neçə ildir Türkiyə-Rusiya –Azərbaycan üçbucağı  formatında  fəaliyyət göstərir.  Rusiya da anlayır ki, Azərbaycan dövlətlərarası münasibətləri tənzimləyən  beynəlxalq tələblərə imza atan ölkədir və onun bu davranışı ən azından sırf protokol tələbidir.  Eyni zamanda Azərbaycan artıq 30 il öncə olduğu kimi zəif ölkə deyil, həm hərbi həm də dipıomatik sahədə dünyada mövqeyi olan ölkədir. Saakaşvilinin ölkəmiz haqqında səsləndirdiyi fikirlər həmçinin Qarabağda baş verən erməni məkrinə qarşı beynəlxalq dəstək üçün nümunə ola bilər".

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda Gürcüstanı dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib. "2008-ci il hadisələrində Azərbaycanın rolu yetərincə qiymətləndirilmir. Qardaş qonşu dövlət bizi yanacaq və maliyyə ilə təmin etdi ki, bu da ölkənin yaşaması üçün həlledici idi"-, o bildirib.