Ukrayna irəliləyəcək!  - Amma...

Rusiya ordusu Zaporojye vilayətinin Rabotino kəndindəki mövqelərini tərk edib.

Bunu Rusiya tərəfindən Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski deyib.
Onun sözlərinə görə, kəndi saxlamaq mümkün olmadığı üçün ruslar oranı tərk edib:

“Rus ordusu taktiki olaraq Rabotinonu tərk etdi, çünki tamamilə mövqe tutmaq imkanı olmayanda qalmaq uyğun görünmür. Buna görə də rus ordusu təpələrə çəkildi”.

Vəziyyəti "Sherg.az"a şərh edən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, bir kənddən geri çəkilmək bütün Zaparojedən çıxmaq demək deyil:
"Ümumiyyətlə Ukrayna tərəfindən may ayımın ikinci yarısında başlanan genişmiqyaslı əks-hücumda 10-dan çox kənd və qəsəbə azad edilib. Amma bu böyük bir nəticə deyil. Yəni Rusiya Silahlı Qüvvələrinin bir kənddən geri çəkilməsini uğur kimi qiymətləndirmək olmaz. Bəli, Ukrayna irəlliləyəcək və geri çəkilmələr də olacaq. Lakin biz hələ də hansısa, ciddi mövqe dəyişikliyi və ya böyük şəhərin, vilayətin azad edildiyini görmürük".

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Rabotino kəndinin azad olunduğunu hələ avqustun 28-də açıqlamışdı.