Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Qanunsuz erməni silahlılarının növbəti təxribatına münasibət bildirən hərbi ekspert Ramil Məmmədli "Sherg.az"a bildirib ki, Ermənistan Qərbin, Amerikanın düşərgəsində yer almaqla regionda vəziyyətin öz xeyrinə dəyişilməsi üçün müəyyən manevrlər edir:
"Ermənistan ordusunun silah texnikasını artırmağa çalışır. Eləcə də, itirdiyi mövqeylərdə güclənməyə cəhd edir. Bu güclənməyə yeni fortifikasiya qurğularının quraşdırılması daxildir. Eyni zamanda davamlı olaraq təxribatlar həyata keçirmək ilə beynəlxalq diqqəti bölgəyə yönəltmək və bütün bunlardan istifadə edərək sülh müqaviləsinin vaxtını uzatmaqdır. 2023-cü il ərzində baş verən proseslərdə bunu deməyə əsas verir. Ermənistan dəfələrlə Rusiyanın orbitindən çıxmaq üçün addımlar atıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçirdiyi təlimlərdən imtina edib və Şimal qonşumuz ilə əməkdaşlığı zəiflətməyə çalışır. Paralel olaraq isə ABŞ, Fransa ilə hərbi müstəvidə əməkdaşlığı dərinləşdirir və təlimlər keçirir. Nikol Paşinyan hakimiyyəti maksimum şəkildə məğlub vəziyyətdən çıxmağa çalışır. Burada Nikol Paşinyanı və komandasını hakimiyyətə gətirən qüvvələr böyük rol alır. Çox təəssüf ki, Azərbaycan ictimaiyyəti, hərbi şərhçiləri və politoloqları son 3 il ərzində daima guya Qərbin münaqişənin həllində tərəfdar olduğunu lakin Rusiyanın buna imkan vermədiyi kimi fikirlər formalaşdırdılar. Artıq vəziyyətin hansı müstəvidə olduğu bəlli olub. Fransa, Amerika bölgəyə girməyə çalışır və Gürcüstanda itirdiyi mövqeyləri Ermənistanda bərpa etmək istəyir. Bu məsələdə də təxribatlar əsas amillərdən biridir. Hesab edirəm ki, bu il ərzində sülh imzalanmayacaq. 2023-cü ildə müharibənin olmağı da gözlənilmir. Amma 2024-cü ildə vəziyyət gərgin olacaq. Ola bils
Ermənistan Azərbaycan şərti sərhəd bölgəsində qarşıdurmalar olsun. Bu toqquşmaların miqyasından asılı olaraq proseslər haqqında fikirlər söyləmək mümkündür".