Ukrayana ordusunda satqınlar var  - ANALİZ

Ukrayna Nazirlər Kabineti müdafiə nazirinin bütün müavinləri işdən çıxarıb.

Bu barədə hökumətin Ukrayna Ali Radasındakı (parlament) nümayəndəsi Taras Melniçuk “Telegram”da bildirib.

Qeyd olunub ki, Ukrayna müdafiə nazirinin müavinləri Anna Malyar, Vitali Deyneqa, Denis Şarapov, Vladimir Qavrilov, Rostislav Zamlinski və Andrey Şevçenko tutduqları vəzifədən uzaqlaşdırılıb.

Həmçinin, Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşşenko da vəzifəsindən azad edilib.

Məsələyə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a açıqlamasında söyləyib ki, Ukrayna Müdafiə Nazirliyinin bütün müavinlərinin işdən azad edilməsi, əlbəttə, Nazirlikdə Rusiya ilə müharibənin gedişatında əks-hücümun müvəqqətisizliyi və ordu hissələrində meydana gəlmiş rüşvət və korrupsiya hadisələri ilə bağlıdır: 

"Nəzərə alaq ki, Azərbaycan uzun illər müharibə şəraitində yaşayıb. Həm 2016-cı il Aprel döyüşlərində həm də, 2020-ci il 44 günlük müharibədə satqınlıqla üzləşib öz əsgərlərini itirən dövlət olaraq tarixə düşmüşdü. Bunun isə başlıca səbəbi orduda satqın kimi tanınan Nəcməddin Sadıqov və onun ətrafındakı insanların fəaliyyətləri ilə əlaqəli olduğunu hər kəs bilir. Nəcməddin Sadıqovun Rusiya hərbi agenturasına məlumatlar  ötürməsi və əsgərlərimizin kordinatlarının dəqiq atəşlə vurulmasının şahidi olmuşduq. Ukraynada da belə bir vəziyyətin istisna olmadığını və buna görə də Müdafiə Nazirliyi müavinlərinin işdən çıxarıldığını düşünürəm".