Bizim dövlətimizin nə dediyi məlum məsələdir. Prezident İlham Əliyev bildirib ki, ermənilər bayrağımızın altında konstitusiyamıza tabe olmaq şərti ilə torpaqlarımızda qala bilərlər. Həmçinin söyləyib ki, burada Ermənistandan yaxşı yaşayacaqlar . Biz çoxmillətli dövlətik və hər kəs bölgəmizdə yaxşı həyat tərzi keçirib. Sizin təhlükəsizliyinizə təminat veririk.
Bu fikirləri antiterror tədbirlərindən sonra ümumi vəziyyət ilə bağlı "Sherg.az"a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. O bildirib ki, ermənilər bu çağırışları başa düşsələr çoxdan gəlmiş olardılar:
"Onların iqtisadi vəziyyəti və dünya ilə birgə olmaq məsələsinin hamısı Azərbaycandan keçir. Ermənistanın bu günləri ağılı olsa, Azərbaycan ilə sülhə imza atar. Ermənilərin yaxşı yaşamasının açarı Azərbaycanın əlindədir. Baxmayaraq ki, onların bizə elədiklərini tarix boyu yadımızdan çıxarmırıq. Amma biz düşmənçilik istəmirik. Bizim nə qədər cavan uşaqlarımız həlak olub. Eyni zamanda onlarında uşaqları da ölür. Nə üçün biz müharibəni sülhə çevirə bilmirik? Faşistlərin müharibəsindən sonra Almaniya, Fransa və Avropa dövlətləri bir-birlərinin ərazisindən nəzarət buraxılış məntəqəsi olmadan keçirlər. Nəyə görə bütün Cənubi Qafqazda özümüzə düşmən olmalıyıq? Zəngəzur dəhlizi açılanda Ermənistan da bütün dünyaya və okeanlara çıxış əldə edəcək. Onlara iqtisadi vəziyyətin durulması üçün Zəngəzur dəhlizinin açılması bizdən vacibdir. Çünki bizim Neft, Qızıl və.s yataqlarımız var. Ermənilər ya bizimlə birgə yaşamalı, ya da çıxıb getməlidir. Onlar bölgədə separatçıların girovu olaraq qalıblar. Prezident İlham Əliyevin dediyi kimi bir yerdə yaşamağa zəmanət verə bilərik. Amma yaddaşımızda hər şeyi saxlamalıyıq və heç nəyi unutmamalıyıq".