Kılıçdaroğlu partiya kollektivi ilə vidalaşıb -FOTOLAR

CHP sədri postunu Özgür Özələ təhvil verəcək Kamal Kılıçdaroğlu partiya kollektivi ilə vidalaşıb. 



Sherg.az türk mediasına istinadən xəbər verir ki, CHP-dən verilən açıqlamaya görə, Kılıçdaroğlu Partiya Məclis salonunda keçirilən mərasimə qatılıb və işçilərlə bir müddət söhbət edib.



 
Daha sonra onu yola salmağa gələn əməkdaşlarla xatirə şəkli çəkdirən Kılıçdaroğluna güllər təqdim olunub.