Şavkat Mirziyoyev: Özbəkistan çox ciddi şəkildə COP29-a hazırlaşır

Azərbaycanın beynəlxalq nüfuzu artır, bu il Azərbaycan dünyanın ən böyük tədbirlərindən biri olan COP29-u qəbul edəcək.
Sherg.az-ın xəbərinə görə, bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

Şavkat Mirziyoyev deyib ki, bu, regionumuzda keçirilən ilk belə böyük sammitdir.

“Bu, bir daha sizin uğurlu xarici siyasətinizin göstəricisidir. Sizə böyük uğurlar arzulayıram. Biz də çox ciddi şəkildə bu sammitə hazırlaşırıq”, - Özbəkistan lideri vurğulayıb.