Böyük Britaniya Lordları Fəxri Xiyabanı Ziyarət ediblər
Yusif Nəzərli
06:27 22.10.2024
Gündəm
275
Qarabağ Futbol Klubunun Prezidenti, iş adamı Tahir Gözelin təşəbbüsü ilə Böyük Britaniya Lordlar Palatasından iki lord ölkəmizə səfər edib. Lord Darren Mott və Lord Iain McNicol ADA Universitetində təşkil edilmiş “Azərbaycanın COP29-da strateji əhəmiyyəti” adlı konfransda çıxış ediblər.
Səfərləri müddətində lordlar Ümumilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Tahir Gözel ziyarət zamanı qonaqlara Ümumilli Lider haqqında detallı məlumat verib, onun Azərbaycana töhfələrindən bəhs edib.
Qeyd edək ki, Lord Iain McNicol, Lordlar Palatasının üzvü, həmkarlar ittifaqı üzvü və 2011-ci ildən 2018-ci ilə qədər İşçi Partiyasının Baş Katibi vəzifəsində çalışmış siyasətçidir. Bundan əvvəl o, GMB İttifaqının Milli Siyasi Məmuru vəzifəsində çalışıb. Iain İnvestisiya və Qənaət Alyansının baş məsləhətçisidir. Lord Darren Mott isə Mühafizəkarlar Partiyasının onilliklər ərzində ən uğurlu seçki kampaniyası zamanı Kampaniya Direktoru olub və 2019-cu ilin tarixi nəticəsini təqdim edib. Bu uğurdan sonra o, Partiyanın baş direktoru vəzifəsinə yüksəlib. O, səkkiz Ümumi Seçki kampaniyası üzərində işləyərək altı baş nazirə xidmət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət