
Ermənistan parlamentindəki pozucular: Onların ipinin ucu Moskvanın əlindədir
Yusif Nəzərli
11:40 22.10.2024
Siyasət
417
Ermənistan parlamentindəki müxalif partnyorlarımız başqa dövlətin (Rusiyanı nəzərdə tutur – red.) gündəmini izləməyə çalışırlar. Bunu Ermənistanda parlamentində sərhədlərin delimitasiyası komissiyalarının əsasnaməsinin ratifikasiyası məsələsinin müzakirəsi zamanı spiker Alen Simonyan deyib. O bildirib ki, gündəmimizi ortaya qoymalıyıq, qərara gəldik, xalq da bizi dəstəkləyir, sülhü bərqərar etməliyik. Həmin müddətdə müxtəlif problemlərlə üzləşəcəyik və bunları həll etmək bizim işimizdir. Əgər bu problemlər olmasaydı, sülh müqaviləsi prosesi başa çatacaqdı. İndi dediyim odur ki, başqa məntiqə düşməyin. spiker bildirib ki, müzakirə olunan sənədi birtərəfli yazmamışıq, onlarla (Azərbaycanla) müzakirə edib razılığa gəlmişik, təktərəfli deyil. Simonyan son dövrlərdə Azərbaycanla heç bir müzakirədə hansısa maneə ilə rastlaşmadıqlarını da qeyd edib.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Ermənistanda olan revanşist şəxslər hələ də köhnə havaları çalmağa davam edirlər:

“Onlar Ermənistanda hakimiyyətin dəyişməsi, yeni bir düzənin qurulması ilə barışmaq istəmirlər. Çünki onların ipinin ucu Moskvanın əlindədir. Azərbaycan və Ermənistanın yaxınlaşmasına da əsas əngəl törədən qüvvələr bunlardır. Ermənistan parlamentinin sədri Alen Simonyan da məhz həmin şəxslərə çağırış edərək bildirir ki, Azərbaycanla razılığa gəlməklə sülh şəraitində yaşamalıyıq. Görünən odur ki, həmin adamlar sülh şəraitini görmək, eşitmək belə istəmirlər. Onlara qarşıdurma, xüsusilə də Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin gərginliyinin qorunması lazımdır. Belə hallar isə daha çox Moskvanın işinə yarayır. Çünki Moskva Ermənistanın asıllığının davam etməsində maraqlıdır”.
Ekspert vurğulayıb ki, əgər Ermənistan və Azərbaycan arasında anlaşma əldə olunarsa, bu rəsmi İrəvanın hazırki çətin vəziyyətdən çıxması və qardaş Türkiyə ilə münasibətlərinin normallaşması deməkdir:
“Belə bir şəraitdə isə Ermənistanın üçüncü bir tərəfə, xüsusilə də Rusiyaya ehtiyacı olmayacaq. Digər tərəfdən isə Ermənistanın Fransanın şəxsində Qərbə də ehtiyacı qalmayacaq. Yəni Ermənistanın nicat yolu Azərbaycanla razılaşmadan keçir. Bunu anlayan revanşist qüvvələr də Ermənistanın daim asılı, çətin vəziyyətdə qalması üçün çalışırlar. Müzakilər zamanı da bu qəbildən çıxış edərək prosesi əngəlləməyə səy göstərirlər. Amma ox yaydan çıxıb, yəni proses gedir. Heç bir sözügedən prosesin qarşısını ala bilməyəcək. Ona görə də düşünürəm ki, Ermənistan hakimiyyəti qısa müddət ərzində Azərbaycan üçün də ədalətli sayılan razılaşmalara gələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət