
Hava şəraitinə görə dərslər təxirə salına bilər?
Yusif Nəzərli
07:28 23.10.2024
Elm və Təhsil
733
Məktəblərə onlayn təhsilə keçmək üçün səlahiyyət verilməlidir
Mərdəkanda güclü yağışdan sonra 123 nömrəli tam orta məktəbin hasarı uçub.
Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub: "Məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb”.
Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, hava şəraitinə görə dərslərin təxirə salınması və ya alternativ təhsil üsullarına keçid müasir təhsil sistemlərinin çevikliyi baxımından vacib bir addımdır:

“Xüsusilə yağışlı və qarlı havalarda, şəhər daxilində hərəkətin ciddi şəkildə məhdudlaşdığı hallarda məktəblərə onlayn təhsilə keçmək üçün səlahiyyət verilməlidir. Məsələn, bu gün Bakıda yağışlı hava səbəbindən davamiyyət çox aşağıdır, lakin dərslər ənənəvi şəkildə keçirilir. Halbuki bəzi dağlıq ərazilərdə bu hava şəraiti adi haldır və orada hərəkət mümkündür. Təhsil tədqiqatçısı Linda Darling-Hammond belə qeyd edir:
“Çevik təhsil modelləri və texnologiya vasitəsilə tədris prosesinin fasiləsiz davam etməsi vacibdir. Gözlənilməz hadisələrdə ənənəvi dərs formatından çıxmaq, şagirdlərin təhsilini kəsmədən təmin etməyin ən effektiv yoludur”.
Ekspert qeyd edib ki, Finlandiya və Kanada kimi ölkələrdə hava şəraitinin pis olduğu günlərdə məktəblər onlayn dərslərə keçid edərək təhsilin davamlılığını təmin edirlər: “Belə yanaşma şagirdlərin dərs itirməməsi və eyni zamanda təhlükəsizliyin qorunması baxımından olduqca effektivdir.
Hazırda Bakıda yağışlı hava səbəbilə sanki “Dünyanı su basması” nağılı gerçəkliyə çevrilir, belə şəraitdə məktəblərə çevik qəraralma səlahiyyəti verilməli və alternativ təhsil modelləri tətbiq olunmalıdır. Bu həm şagirdlərin, həm də müəllimlərin təhlükəsizliyini təmin edəcək və təhsilin keyfiyyətini qoruyacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət