Fidandan Ermənistana mesajı Türkiyənin mövqeyində dəyişikliyin olmadığından xəbər verir -ŞƏRH
09:14 06.11.2024
Siyasət
407
Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq. Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. O bildirib ki, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element hesab edir. Hakan Fidan vurğulayıb ki, razılaşmaların əldə edilməsinə maksimum dəstək veririk və tərəflərin onlara yaxınlaşdığını görməkdən məmnunuq. Sərhədlə bağlı son qərarlar (delimitasiya) bu proqressin bariz nümunəsidir.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında deyib ki, sözügedən mesaj Türkiyənin mövqeyində heç bir dəyişikliyin olmadığından xəbər verir:
“Son vaxtlar müxtəlif fikirlər səsləndirilirdi ki, Türkiyə Azərbaycandan kənar Ermənistanla danışıqlar aparır. Guya, Ankara-İrəvan münasibətlərinin tənzimlənməsi Azərbaycan və Ermənistandan əlaqələrindən asılı deyil. Belə olan halda Türkiyə Qərbin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının dedikləriylə hərəkət edir formasında ifadələr səslənirdi. ABŞ-nin rəsmiləri açıq və dolayı yolla Türkiyəyə bildirirdilər ki, Ermənistanla münasibətlərin normallaşması rəsmi Ankara ilə Qərbin yaxınlaşmasına da kömək göstərəcək. Amma bütün mülahizələr Hakan Fidanın çıxışı ilə alt-üst olundu. Hakan Fidanın açıqlaması göstərir ki, Türkiyə hər zaman olduğu kimi Azərbaycanın xarici siyasət xəttini, Ermənistanla münasibətlərinin normallaşma yolunu dəstəkləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq