Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə Suriya və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
APA xəbər verir ki, bu barədə Von der Leyen “X” platformasındakı paylaşımında bildirib.
“Biz region və onun hüdudlarından kənarda mümkün ssenarilər və nəticələr haqqında fikir mübadiləsi apardıq və yaxın təmasda qalmaqda razılaşdıq”.-deyə o qeyd edib.