Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstan üzrə məruzəçiləri Klod Kern və Edit Estrella yanvar ayının əvvəlində Tbilisiyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə AŞPA-nın rəsmi saytında bildirilib.
Səfərin məqsədi Gürcüstanda etirazlar zamanı həyata keçirilmiş həbslər, müxalifət liderlərinin saxlanılması və onların ofislərində axtarışlarla bağlı faktların müəyyən edilməsidir.
Məruzəçilərin bu gün qəbul etdiyi birgə bəyanatda Gürcüstandakı vəziyyətlə bağlı dərin narahatlıq ifadə olunub. Qeyd edilib ki, polis tərəfindən həbslər zamanı zorakılıqlara yol verilməsi siyasi motivli təqiblərlə bağlı suallar doğurur.