"Əgər münaqişə yoxdursa, münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var"?
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Biz bu mövqeyi başa düşürük amma əmin olmaq istəyirik ki, Azərbaycan da bu məsələyə eyni məntiqlə yanaşır" - Paşinyan deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində ATƏT-in Minsk qrupunun ləğvinin Azərbaycanın Ermənistan qarşısında qoyduğu şərtlərdən biri olduğubu qeyd edib. "Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil", deyə Prezident İlham Əliyev müsahibədə bildirib.