Rusiyanın dəniz bazasında 2 PARTLAYIŞ

Rusiyanın Şimal Donanmasının Murmansk dəniz bazası yaxınlığında iki partlayış baş verib.

"Sherg.az" TheKyivİndependent-ə istinadən xəbər verir ki, Murmansk və Severomorsk sakinləri axşam saatlarında iki güclü partlayışın baş verdiyini, partlayışın dalğalarını onlarla kilometr məsafədən hiss etdiklərini bildiriblər.

Yerli KİV-lər partlayışın Rusiyanın Şimal Donanmasının Severomorskda yerləşən əsas dəniz bazası və iki hərbi aerodrom yaxınlığındakı çoxsaylı hərbi obyektlərdən birində baş vermiş ola biləcəyini də istisna etmirlər.