İran Suriyadakı səfirliyinin yenidən açılması üçün danışıqlar aparır

İran və Suriya səfirliklərin yenidən açılması üçün diplomatik danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə İranın hökumət sözçüsü Fatimə Mohacerani bildirib.

Sözçü hər iki ölkənin bu addımı atmağa hazır olduğunu vurğulayıb.