ABŞ-də Ukrayna ilə bağlı mühüm qərar hazırlanır.
Sherg.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün X hesabında yazıb.
"Biz sabah rəsmi açıqlama gözləyirik. Bu, Ukraynanın müdafiəsində müharibə boyunca effektivliyi sübut edilmiş, əsgərlərimiz üçün əhəmiyyətli bir dəstək paketi olacaq.
Bu dəstək cəbhə xəttini sabitləşdirmək üçün çox vacibdir - tərəfdaşlarımızdan gələn hər bir əlavə təchizat əsgərlərimizin daha çox xilas edilməsi deməkdir. Biz, həmçinin digər tərəfdaşların dəstəyini lazımi səviyyədə saxlamasını təmin etmək üçün çalışırıq", - deyə o bildirib.