Rusiya-Ermənistan münasibətləri Qərbin İrəvana təzyiqləri səbəbindən çətin dövrünü yaşayır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Qərb hər şəkildə Ermənistanı Rusiya ilə ənənəvi əlaqələri pozmağa təhrik edib və erməni xalqına yad dəyər oriyentasiyalarını tətbiq edib. Buna baxmayaraq, Moskva İrəvanla qardaşlıq münasibətlərini həmişə dəyərləndirib və dəyərləndirməkdə davam edir", - Rusiya XİN-in bəyanatında qeyd olunub.