Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 67 saylı Sabirabad seçki dairəsi üzrə 238 nəfər ilk dəfə öz səsvermə hüququndan istifadə edəcək.
Bu barədə “Report”un Aran bürosuna DSK-nın sədri Məstalı Nuriyev məlumat verib.
Bildirib ki, dairənin əhatə etdiyi 50 seçki məntəqəsində 50 min 740 seçicinin səsverməsi gözlənilir.
Dairədə namizədliyi qeydə alınmış 188 nəfər 9 bələdiyyə uğrunda mübarizə aparacaq.