ABŞ Rusiyaya "seçim" verdi: sanksiya sərtləşə də bilər...

Ukraynadakı münaqişənin sülh yolu ilə həllində irəliləyişə nail olmaq üçün Rusiyaya qarşı sanksiyaların yumşaldılması, o cümlədən rus banklarının SVİFT sisteminə qoşulması istisna deyil.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

O qeyd edib ki, bütün variantlar masadadır:

“Rusiya rəhbərliyinin növbəti addımları sanksiyaların sərtləşdiriləcəyini və ya yumşaldılacağını müəyyən edəcək”.