Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans çərçivəsində Yeni Kaledoniyada qanunsuz həbslərə diqqət çəkmək məqsədilə fləş-mob təşkil edilib.
Oxu.Az xəbər verir ki, fləş-mob zamanı konfrans iştirakçıları siyasi məhbusların şəkillərini qaldırıblar. Aksiya insan hüquqları və azadlıqlarının müdafiəsinə diqqət çəkmək məqsədi daşıyıb.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən - Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edirlər.