Paşinyanın müavini Azərbaycanla delimitasiya prosesindən danışıb

Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyasının növbəti mərhələləri üzrə təkliflərin mübadiləsini davam etdirir.
APA-nın “armenpress”ə istinadən xəbərinə görə, bunu Ermənistanın Baş nazirinin müavini, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın həmsədri Mqer Qriqoryan deyib.

O bildirib ki, tərəflər arasında komissiyaların növbəti görüşünün tarixi barədə məlumat olmadığını söyləyib.

Qriqoryanın sözlərinə görə, tərəflər delimitasiyanın növbəti mərhələləri üzrə fikir və təkliflərin mübadiləsini işçi mühitdə davam etdirir.