Çin və Azərbaycan arasında praqmatik əməkdaşlığın böyük potensialı var və əlaqələrin gələcək inkişafı üçün bir çox imkanlar mövcuddur.
Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey "Report"a müsahibəsində bildirib.
"Pekin yüksək texnoloji istehsal, süni intellekt, informasiya sənayesi, infrastruktur və digər sahələrdə malik olduğu aparıcı üstünlüklərini Bakı ilə bölüşməyə hazırdır və daha çox keyfiyyətli Azərbaycan məhsullarının Çin bazarına daxil olmasını səbirsizliklə gözləyir", - o deyib.
Diplomat vurğulayıb ki, Çin Azərbaycan tərəfi ilə birlikdə ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın əlaqələndirici və istiqamətləndirici rolunu gücləndirməyə hazırdır.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.