Bəhreyn Kralı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sherg.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri, möhtərəm Prezident İlham Əliyev.

Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayırıq.

Zati-alinizə məmnuniyyətlə ən yüksək ehtiramımı bildirirəm".